Azərbaycan Demokratiya və Rifah Partiyası aprelin 12-də saat 15:00-dan 16:00-dək Rusiyanın Bakıdakı səfirliyinin binası qarşısında piket keçirəcək.
Aksiya “Ukraynada müharibəni dayandırın!”, "Müharibə cinayətlərinə son qoyun!", “Buçada və Ukraynanın digər ərazilərində dinc əhalinin kütləvi qətlini törədən rus ordusu sülhməramlı ola bilməz!”, “Rus ordusu Qarabağdan çıxsın!” şüarları ilə keçiriləcək.
Qeyd olunur ki, piket keçiriləcəyilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq bildiriş göndərilib.