Diplomatiya Ukraynada münaqişənin həllinin əsas yolu deyil. Bunu “BBC”ya müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Etiraf etməliyəm ki, bu şəraitdə diplomatiya sülh yolu ilə nizamlanmanın, dinc prosesin əsas sütunu deyil. Biz döyüş meydanında sülhə nail olmalıyıq”,- deyə XİN başçısı qeyd etdi.
Ukrayna xarici işlər naziri vurğuladı ki, Qərb ölkələri Kyevi lazımi silahlarla təmin etməlidir.