Aprelin 5-də ER Parlamentinin sədri Alen Simonyanın dəvəti ilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda iki günlük rəsmi səfərdədir.
ER Parlamentinin sədri əminliklə bildirib ki, ölkələr arasında qarşılıqlı etimadın, davamlı dialoqun və əməkdaşlığın möhkəmlənməsi regional təhlükəsizliyə və sabitliyə kömək edəcək.
Regional təhlükəsizlik məsələlərinə və 44 günlük müharibənin nəticələrinə toxunan Alen Simonyan qeyd edib ki, Ermənistanla Gürcüstan arasında münasibətlərin yüksək səviyyəsi Cənubi Qafqazda təhlükəsizliyi təmin edən mühüm amillərdən biridir.
Parlamentin sədri humanitar böhranın qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin aydın reaksiya verməsini, həmçinin beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa dərhal və maneəsiz cəlb olunmasını vacib hesab edib.
Rəsmi səfər çərçivəsində Gürcüstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətinin ER Baş naziri Nikol Paşinyan, ER prezidenti Vahagn Xaçaturyan və xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olacaq.