Aprelin 4-də YUNESKO-nun İcraiyyə Şurasının plenar iclasında ER-in daimi nümayəndəsi, səfir Kristian Ter-Stepanyan çıxış edib.
Səfir öz çıxışında Azərbaycanın bu günlərdə həyata keçirdiyi və Artsax ermənilərinin həyati hüquqlarını, o cümlədən təhsil hüququnu pozan təxribat xarakterli hərəkətlərə toxunub.
Qeyd olunub ki, Dağlıq Qarabağı təmin edən qaz kəmərinin fəaliyyətini bir neçə həftə ərzində zədələnmiş vəziyyətdə buraxmaq səbəbindən, soyuq qış hava şəraitində Artsaxın dinc əhalisi əsl humanitar fəlakətlə üzləşib.
Səfir Kristian Ter-Stepanyan martın 24-də və 25-də Azərbaycan silahlı qüvvələrinin Ermənistanın mülki infrastrukturunu bombalaması və Dağlıq Qarabağın Parux kəndinə daxil olmasından narahatlığını ifadə edərək, beynəlxalq ictimaiyyəti Cənubi Qafqazda vəziyyətin pisləşməsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Vurğulanıb ki, Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinə qarşı zorakılıq və terror siyasətinin əsas məqsədi etnik təmizləmənin həyata keçirməsidir ki, bu da erməni mədəni dəyərlərinə qarşı vandalizm və erməni mədəni irsinin mənimsənilməsi cəhdləri ilə müşayiət olunur.
Bildirilib ki, artıq bir ildən artıqdır ki, Azərbaycan erməni mədəni irsinin dağıdılması və digər vandalizm aktlarının şahidi olmaq üçün Dağlıq Qarabağda YUNESKO-nun ekspert missiyasının həyata keçirilməsinə mane olur.
Səfir mövcud vəziyyətdə çevik addım atmağın zəruriliyini bir daha təsdiqləyərək, YUNESKO-nun baş direktorunu Dağlıq Qarabağ və ətraf rayonlara müstəqil ekspert missiyasının göndərilməsi üçün səyləri davam etdirməyə çağırıb.