Azərbaycan Xİ nazir Ceyhun Bayramovla Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Azərbaycan XİN-in yaydığı məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.