Martın 29-da ABŞ səfiri Treysi 2020-2021-ci illərdə əsir düşmüş erməni hərbçilərinin qohumları ilə görüşüb. İtkin düşmüş şəxslərin və Azərbaycanda uzun müddətə azadlıqdan məhrum edilmiş hərbçilərin yaxınları da görüşdə iştirak ediblər. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Görüşdə 2020-ci ildə əldə edilmiş atəşkəs də daxil olmaqla, insan haqları məsələləri müzakirə olundu.
“Biz qohumların harada olması barədə heç bir məlumatı olmayan ailələrin acınacaqlı vəziyyətini nəzərə alaraq, bütün məhbusları azad buraxılmağa və itkin düşmüş hərbçilər (o cümlədən 1990-cı illərdən olanlar) haqqında məlumatların əldə edilməsi üçün səyləri artırmağa çağırırıq”, - deyə məlumatda bildirilir.