Ermənistan və İsrailin xarici işlər nazirləri Ermənistan Respublikası ilə İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə mesaj yayıblar.
ER xarici işlər naziri Ararat Mirzoyan müraciətində qeyd edib ki, 30 il əvvəl qurulmuş diplomatik münasibətlər Ermənistan-İsrail əməkdaşlığına yeni başlanğıc verib.
Ermənistanın xarici işlər naziri vurğulayıb ki, son üç onillik bir çox mühüm hadisələrlə yadda qalıb, iki xalq arasında mövcud olan ümumi potensial hələ tam üzə çıxmayıb. O, gələcək əməkdaşlığın qarşılıqlı etimad və hörmət əsasında olacağına əminliyini ifadə edib.
İsrailin xarici işlər naziri Yair Lapid isə məktubunda qeyd edib ki, İsrail-Ermənistan diplomatik münasibətlərinin 30-cu ildönümü ümumi nailiyyətlərimizi ümumiləşdirmək üçün yeni imkan yaradır.
İsrailin xarici işlər naziri ölkələrimiz arasında açıq, birbaşa dialoqun mövcudluğuna əhəmiyyət verərək, əməkdaşlığın bütün potensialını reallaşdırmaq üçün inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.