İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici di Mayo aprelin 2-3-də Ermənistanda işgüzar səfərdə olacaq. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan və İtaliya xarici işlər nazirlərinin görüşü aprelin 3-də ER Xarici İşlər Nazirliyində baş tutacaq, sonraisə mətbuata açıqlamalar verəcəklər.
Səfər çərçivəsində Luici Di Mayonun ER prezidenti, ER Baş naziri və ER Parlamentinin spikeri ilə görüşü də planlaşdırılır.