ER Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər Dağlıq Qarabağda təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində atılan addımları, Azərbaycan bölmələrinin Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olması nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsinin zəruriliyi bir daha təsdiq edilib.