Artsax Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın törətdiyi aprel təcavüzünün 6-cı ildönümü ilə bağlı bəyanat yayıb.
“6 il əvvəl, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan silahlı qüvvələri 12 may 1994-cü il tarixli Atəş və hərbi əməliyyatların tam dayandırılması haqqında və 6 fevral 1995-ci il tarixli Atəşkəs rejiminin möhkəmləndirilməsi haqqında razılaşmalarını pozaraq xaincəsinə Artsax Respublikasına hücum etdi.
4 gün davamlı olaraq Azərbaycan ordusu ağır texnika, artilleriya və aviasiyadan istifadə etməklə Artsaxla bütün təmas xətti boyunca hücuma keçməyə cəhd edib. Lakin xeyli canlı qüvvə və texnika itkisinə məruz qalan Azərbaycan tərəfi qarşıya qoyulan məqsədlərə nail ola bilməyib, Rusiya Federasiyasının vasitəçiliyi ilə hərbi əməliyyatları dayandırmağa məcbur olub.
Buna baxmayaraq, Artsaxın sərhəd yaşayış məntəqələrinin hədəfə alınması aprelin sonuna qədər davam etdi. Azərbaycanın təcavüzü çoxsaylı hərbi cinayətlərlə müşayiət olunub. Azərbaycan silahlı qüvvələri tərəfindən Artsax Respublikasının həm hərbçilərinin, həm də mülki əhalisinin işgəncələri, qəsdən öldürülməsi və bədənlərinin təhqir edilməsi həyata keçirilib”- deyə bəyanatda qeyd olunub.
Vurğulanıb ki, təcavüzkar müharibələrin başlanmasına görə cəzasızlıq beynəlxalq hüququn gücdən istifadə etməmək, mübahisələrin sülh yolu ilə həlli, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi və s. kimi fundamental prinsiplərinin sarsılmasına səbəb olmuşdur.