Biz Dağlıq Qarabağ sülh prosesinə toxunduq. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra bildirib.
“Azərbaycanın silahlı qüvvələrinin Parux kəndinə daxil olması nəticəsində yaradılmış vəziyyətlə bağlı həmkarıma təfərrüatları təqdim etdim. Biz Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı məsələləri də müzakirə etdik" – deyə Mirzoyan bildirib.
Tərəflər həmçinin regionda sülh və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Mən həmkarıma ilkin şərt olmadan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesində baş verənlər barədə də məlumat verdim” - deyə ER XİN rəhbəri bildirib.