Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Ahaber”-ə müsahibədə Ermənistan-Türkiyə münasibətlərinin normallaşma prosesinə toxunub.
“Xüsusi nümayəndələrimiz var. Onlar iki dəfə görüşüblər, mütəmadi olaraq telefonla danışırlar. Aviareyslər açılıb, ticarətdə bəzi addımlar atılır. Bizim etdiyimiz jestlər var. Dəmir və avtomobil yolları ilə bağlı çalışmalar var. Siyasi təmaslarımız davam edir”, - Çavuşoğlu qeyd edib.
O bildirib ki, bir gündə hər şeyin normallaşması mümkün deyil.
“Bölgədə vacib addımlar atılmalıdır. Bu addımların atılması üçün biz əlimizdən gələni etməyə davam edəcəyik”, nazir vurğulayıb.
Çavuğoğlu həmçinin deyib ki, Antalyada Ermənistan və Azərbaycan XİN başçıları ilə üçtərəfli görüş təşkil etmək niyyətindəydi, amma Antalyada bu mümkün olmadı.