Litva Respublikasında işgüzar səfərdə olan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Litva xarici işlər nazirinin müavini Mantas Adominas ilə görüşüb.
Görüş zamanı tərəflər Cənubi Qafqazda regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Bu kontekstdə Təhlükəsizlik Şurasının katibi son regional hadisələri, eləcə də Ermənistan tərəfinin Ermənistan-Azərbaycan münasibətlərinə, xüsusən də regionda sülhün bərqərar olması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesi və bütün iqtisadi kommunikasiyaların açılmasına dair yanaşmalarını təqdim edib.
Yalan xəbərlərə qarşı mübarizədə ikitərəfli əməkdaşlığa da toxunulub.
Mövzu çərçivəsində ER Təhlükəsizlik Şurasının katibi Ermənistanla bağlı yayılan yalan xəbərlərə dair təkzib faktlarını təqdim edib.