ATƏT Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə töhfə verməyə, eləcə də Cənubi Qafqazda sülhün təmin edilməsinə kömək etməyə hazırdır.
Bu barədə Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birfinqdə söyləyib.
O qeyd etdi ki, ATƏT humanitar məsələlər, demarkasiya prosesinə də töhfə verməyə hazırdır.