Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Moskva və Kiyev nümayəndələri arasında Türkiyənin İstanbul şəhərində keçirilən danışıqları konstruktiv adlandırıb. Ukraynanın təklifləri Rusiya Prezidenti Vladimir Putinə çatdırılacaq.
“Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş Rusiya və Ukrayna arasında XİN səviyyəsində sazişin paraflanması ilə eyni vaxtda mümkündür”, - Rusiya nümayəndə heyətinin rəhbəri vurğulayıb.
O, Ukraynadan neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər aldıqlarını bildirib.
“Rusiya Ukraynanın Avropa İttifaqına qoşulmasına qarşı deyil”,- deyə Prezidentin köməkçisi Vladimir Medinski söyləyib.
O həmçinin Ukraynanın Donbas və Krımı hərb yolu ilə qaytarmaqdan vaz keçdiyini bildirib.