ER Hökumətinin iclası zamanı Azərbaycan SQ-nin Artsaxın Askeran rayonunun Parux kəndindəki hərəkətlərinə toxunan ER Baş naziri Nikol Paşinyan qeyd edib ki, Ermənistan tərəfi əvvəllər həll yolları təklif edib.
“Təklifin mahiyyəti aşağıdakılardan ibarətdir: Dağlıq Qarabağda təmas xəttini düzəltmək, tərəflərin həmin təmas xəttini keçməmək öhdəliyini qeyd etmək, təmas xətti boyunca bütün hərbi məntəqələri çıxarmaq, silahsızlandırılmış zona yaratmaq, konkret təminatlarla razılaşmaların icrasını gücləndirmək. Bu təklif qəbul edilməyib, lakin zəmanətlərin aktuallığı xüsusilə indi göz qabağındadır" – deyə Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, Parux böhranı razılaşmaların pozulması səbəbindən yaranıb.
"Regiondakı gərgin vəziyyəti yumşaltmaq üçün Parux-Xramort hissəsindən bir sıra mövqelərin güzgü prinsipi ilə çıxarılmasına dair razılıq əldə olunub. Bu razılığa Rusiya sülhməramlı kontingenti zəmanət verməli idi. Ermənilər bir neçə mövqelərindən geri çəkilib, əraziyə rus sülhməramlıları yerləşdirilib, lakin onların gözləri qarşısında azərbaycanlılar sülhməramlıların cavabdeh olduğu ərazinə daxil olublar.
Təəssüf hissi ilə qeyd edirik ki, Rusiya Müdafiə Nazirliyi, ABŞ, Fransa və BMT-nin açıq bəyanatlarına baxmayaraq, Azərbaycan silahlı qüvvələrinin Rusiya Federasiyası sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı məsuliyyət zonasına daxil olması bu günədək davam edir”- deyə baş nazir vurğulayıb.
Baş nazir qeyd edib ki, RF-nın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin Azərbaycan qoşunlarının sülhməramlıların məsuliyyət zonasından çıxarılmasını təmin etmək və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeydə alınmış status-kvonu bərpa etmək üçün konkret addımlar atacağı gözlənilir.
“Biz gözləyirik ki, əraziyə daxil olma zamanı və ya ondan sonra sülhməramlıların hərəkətləri və ya mümkün hərəkətsizliyi lazımi şəkildə araşdırılacaq.
Unutmayaq ki, bu hadisələrdən əvvəl Azərbaycan silahlı qüvvələri 10 gün davamlı olaraq Xramort kəndinə qumbaraatandan atəş açıblar. Dağlıq Qarabağın bir sıra kəndlərində yaşayış evlərinə və kənd təsərrüfatı işlərini aparan traktorlara atıcı silahdan atəş açılıb”- deyə Nikol Paşinyan bildirib.
ER Baş naziri xatırladıb ki, belə hallar Nor Şen, Amaras, Tağavard kəndləri istiqamətində qeydə alınıb, 2021-ci il oktyabrın 9-da isə Martakertdə kənd təsərrüfatı işlərini aparan traktor sürücüsü azərbaycanlı snayper tərəfindən öldürülüb.
Paşinyanın sözlərinə görə, Azərbaycanın fəaliyyətinin aşkar məqsədi Dağlıq Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasətini sona çatdırmaqdır.