Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı praktiki problemlərin həllini vurğulayıblar.
Üçtərəfli razılaşmaların bütün müddəalarının ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi bir daha təsdiq edilmişdir.