Brüsseldə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib.
Bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidməti məlumat yayıb.
Görüşü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar təşkil edib.
Bildirilib ki, görüşdə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və İlham Əliyev arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb.