Böyük Britaniya parlamentinin İcmalar Palatasının Ermənistanla dostluq qrupu Azərbaycan qüvvələrinin Dağlıq Qarabağa qarşı təcavüzkar hərəkətlərini kəskin şəkildə pisləyən bəyanat yayıb.
“Biz Azərbaycan qüvvələrinin Dağlıq Qarabağa qarşı təcavüzkar hərəkətlərini kəskin şəkildə pisləyirik. Azərbaycan qoşunlarının Artsax torpaqlarına hərəkəti, xüsusilə Parux və Xramort hissələrinə hücum xarakterli hərbi əməliyyatlar əsassızdır. Yerli mülki əhaliyə təxliyə çağırışları, pilotsuz uçuş aparatlarından istifadə edilməsi, Dağlıq Qarabağa qazın verilməsinin dayandırılması dinc əhaliyə qarşı düşmənçilik hərəkətləridir, onların həyatları təhlükə altına alır.
2020-ci ilin noyabrında imzalanmış atəşkəs bəyanatına əsasən, Azərbaycan qüvvələri başlanğıc mövqelərinə geri çəkilərərk, qaz təchizatının bərpasına və boru kəmərinə çıxışa imkan verməlidir.
Bu, atəşkəs rejiminin növbəti kobud şəkildə pozulmasıdır, Azərbaycan hökuməti açıq-aydın şəkildə, Ukraynada münaqişənin yaratdığı qeyri-sabit vəziyyətdən istifadə etməyə çalışaraq əvvəlki öhdəliklərindən asılı olmayaraq, əsassız ərazi iddialarına qayıtmağa çalışır.
Biz Azərbaycan hökumətini bu məsələnin hərbi yolla deyil, diplomatiya yolu ilə, sülh yolu ilə həllinə çalışmağa çağırırıq. Bu arada biz Böyük Britaniya hökumətini digər Qərb demokratiyalarına qoşuaraq Azərbaycan rejiminin düşmənçilik hərəkətlərini pisləməyə və prezident Əliyevi ATƏT-in Minsk Qrupunun sülh prosesi vasitəsilə danışıqlar masasına qayıtmağa məcbur etmək üçün bütün diplomatik təzyiqlərdən istifadə etməyə çağırırıq”.