Ermənistan Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tigran Mkrtçyan onlayn rejimdə “Yunanıstan Mədəniyyət Diplomatiyası İnstitutu”nun xüsusi kursunda qonaq olub, mühazirə ilə çıxış edib. Bu barədə səfirliyin “Facebook” səhifəsində bildirilir.
Digər məsələlərlə yanaşı səfir martın 10-da Avropa Parlamentinin qəbul etdiyi “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamədən danışıb.
“Səfir Mkrtçyan həmçinin Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrdən, eləcə də Artsaxdakı hadisələrdən, Azərbaycanın atəşkəs sazişini pozan hərəkətlərindən danışaraq bu kontekstdə beynəlxalq ictimaiyyətin ardıcıl çağırışlarını, eləcə də təxribatların və eskalasiyanın qarşısını almaq üçün mümkün vasitə kimi praktik addımların ardıcıllığını vurğulayb" –deyə yazıda qeyd edilir.