ER parlamentinin “Mülki müqavilə” fraksiyasının sədri Hayk Koncoyan, Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyasının sədri Arman Yeğoyan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Arusyak Culhakyan AP-da Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand, Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Andrius Kubilius ilə görüşüblər.
Görüşlər zamanı Azərbaycan silahlı qüvvələrinin işğalından sonra Dağlıq Qarabağdakı vəziyyət - Azərbaycanın Artsaxın dinc əhalisinə qarşı davam edən təxribatları, aqressiv hərəkətləri, həyati əhəmiyyət kəsb edən infrastruktura zərər vuran addımları təqdim edilib.
Azərbaycan silahlı qüvvələrinin Artsaxdan çıxarılması və vəziyyətin deeskalasiyası üçün hazırkı vəziyyətə beynəlxalq ictimaiyyətin məqsədyönlü reaksiyasının vacibliyi qeyd olunub.