Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 30-da Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib.
Görüşdə neft, qaz, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev bölgədə postmünaqişə dövründə gedən proseslər barədə danışıb. Xəbəri prezidentin mətbuat xidməti yayıb.
Bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənov da Britaniyalı naziri qəbul edib. Digər məsələlərlə yanaşı, hərbi sahədə əməkdaşlıq məsələlərinə də toxunulub.