ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Rau Zbignievin Cənubi Qafqaza səfəri başlayıb.
Bu barədə Polşa XİN-in "Twitter" hesabında məlumat verilib. Bildirilib ki, Tbilisidə səfərdə olan XİN başçısı orada Polşanın mərhum prezidenti Lex Kaçinskinin abudəsini ziyarət edib.
"Xarici işlər naziri ATƏT-in fəaliyyətdə olan sədri kimi növbəti günlərdə Azərbaycana və Ermənistana səfər edəcək", - Polşa XİN bildirib.