Rusiya ümid edir ki, Qarabağ ətrafında mövcud vəziyyət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə başa çatacaq.
Bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının Almatıda keçirilən iclasında bildirib.
“Biz çox ümid edirik ki, bu vəziyyət sülh müqaviləsi ilə başa çatacaq, bunu ürəkdən arzu edirik”, - deyə Matviyenko bildirib.