Ermənistan Respublikasının Prezidenti Vahagn Xaçaturyan bu gün Niderland Kırallığının ER-dəki səfiri Nikolas Sxermersi qəbul edib.
Səfir Sxermers Vahagn Xaçaturyanı prezident seçilməsi münasibətilə təbrik edib və ona səmərəli fəaliyyət arzulayıb.
Prezident Xaçaturyan Ermənistan-Niderland dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığının daha da genişləndirilməsini vacib sayıb.
Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, təhsil, elm və yeni texnologiyalar sahələrində əməkdaşlığın dərinləşdirilməsi və birgə proqramların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.