Artsax Parlamentinin fraksiyalarının - "Azad Vətən-Birləşmiş Vətəndaş Alyansı", "Vahid Vətən", "Ədalət", "Erməni İnqilabi Federasiyası", "Artsax Demokratik Partiyası"nın yaydığı bəyantada deyilir:
“Martın 28-də Artsaxda Azərbaycan tərəfindən günlərlə süni şəkildə kəsilən qazın təchizatı bərpa edilib.
Qaz təchizatı sırf humanitar məsələdir, Azərbaycan isə bundan Artsax xalqına psixoloji təzyiq göstərmək və terror etmək vasitəsi kimi istifadə edib. Lakin, Artsax erməniləri bir daha yüksək vətəndaş məsuliyyəti nümayiş etdirərək, mövcud vəziyyətdən çıxa bilib.
Bu repressiya siyasəti Ermənistan Respublikasının, Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və beynəlxalq ictimaiyyətinin, xüsusən Rusiya Federasiyası, ABŞ, Fransa, bir sıra digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən kəskin tənqid edilib.
Artsax Respublikasının Parlamentinin bütün fraksiyaları prinsipial münasibət göstərdiklərinə görə beynəlxalq strukturlara, dostlarımıza minnətdarlıqlarını bildirirlər.
Eyni zamanda, Artsax Respublikasında yerləşən Rusiya sülhməramlı qüvvələrinin atdığı cavab addımlarını yüksək qiymətləndirərək, Azərbaycan silahlı qüvvələrinin başlanğıc mövqelərinə qayıtmasını gözləyirik”.