Martın 28-də bütün təmas xətti boyunca atəşkəsin ciddi pozuntuları qeydə alınmadı və operativ-taktiki vəziyyət gərgin olaraq qaldı.
Bu barədə Artsaxın İnformasiya Qərarqahı məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan qoşunları Karagluxun Parux yaşayış məntəqəsinə bitişik ərazidəki nöqtədə qalmağa davam edirlər, gün ərzində mövqeləri dəyişdirmə halları olmadı.
Artsax Silahlı Qüvvələri Karaglux istiqamətində əlavə məhdudlaşdırıcı tədbirlər görüblər. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə Azərbaycan tərəfinin öz start mövqelərinə qaytarılması istiqamətində iş aparılır.