Martın 29-da Tbilisidə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
Həmsöhbətlər məmnunluqla qeyd ediblər ki, bu il Ermənistan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur.
Xarici işlər nazirləri iqtisadi əlaqələrin daha da intensivləşdirilməsinə, iki ölkə arasında ticarət dövriyyəsinin artım imkanlarına, nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın perspektivlərinə toxunmuşlar.
Regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib.
Ararat Mirzoyan Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Dağlıq Qarabağın Parux kəndinə daxil olması, Artsaxın dinc əhalisinə qarşı davamlı psixoloji təzyiqin həyata keçirilməsi, humanitar böhran yaratmaq məqsədi daşıyan hərəkətlərə toxunub. Azərbaycan bölmələrinin 23 mart 2020-ci il tarixində olan başlanğıc mövqelərinə qayıtmasının və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat ilə təsdiq edilmiş atəşkəs rejiminə tam əməl olunmasının zəruriliyi vurğulanıb.
Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlara başlamaqla bağlı erməni tərəfinin mövqeyini təqdim edib və bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik rolunu vurğulayıb. Vəziyyətin deeskalasiyası və regionda sabitliyin bərqərar olması üçün səylərin göstərilməsi vacib sayılıb.
ER XİN başçısı həmkarına Ermənistanla Türkiyə arasında ilkin şərt olmadan münasibətlərin normallaşması prosesi barədə də məlumat verib.