ER XİN-i bəyanat yayaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı reaksiyası haqqında məmnunluğunu ifadə edib.
“RF Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan tərəfini ordu bölmələrini geri çəkməyə çağırıb.
Martın 27-də RF Müdafiə Nazirliyi məlumat yayaraq qeyd edib ki, Azərbaycan tərəfi öz bölmələrini DQ Parux kəndindən geri çəkib.
Qeyd etməliyik ki, Azərbaycan bölmələrinin DQ-da rus sülhməramlıların məsuliyyət zonasına daxili davam edir və bu, aşağıda göstərilən xəritələrdə görünür.
Gözləyirik ki, RF-nın DQ-dakı sülhməramlıları Azərbaycan bölmələrini öz məsuliyyət zonasından çıxartmaq üçün konkret tədbirlər görəcəklər”,-XİN bildirib.