Martın 28-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Ketrin Bombergeri qəbul edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistanın müvafiq dövlət strukturları ilə Komissiya arasında səmərəli əməkdaşlığın qurulmasını məmnunluqla qeyd ediblər.
Tərəflər əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
XİN başçısı Ermənistanın müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyinin, eləcə də itkin düşmələrinin şəraitinin öyrənilməsinin zəruriliyinə böyük əhəmiyyət verdiyini qeyd edərək, bununla bağlı Komissiya ilə əməkdaşlıq imkanlarını vurğulayıb.
Ararat Mirzoyan həmsöhbətini 2020-ci ildə Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünün humanitar nəticələri təqdim edib, xüsusilə Azərbaycanda qanunsuz saxlanılan erməni hərbi əsir və girovların dərhal vətənə qaytarılmasının zəruriliyi vurğulayıb.
ER XİN rəhbəri Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağın Parux kəndini işğal etməsindən sonra yaranmış vəziyyəti də təqdim edib.
Gərginliyin azaldılması və bölgədə sabitliyin bərqərar olması üçün addımların atılması vacib sayılıb.