Martın 28-də ER müdafiə naziri Suren Papikyan itkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Ketrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ermənistan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tigran Balayan da iştirak edib.
Suren Papikyan itkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın və Ermənistan Respublikasının maraqlı olan strukturlarının səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edərək, bunun davamlı olacağına ümid etdiyini bildirib.
Həmsöhbətlər iki Artsax müharibəsi nəticəsində itkin düşmüş şəxslərin taleyinin öyrənilməsinə yönəlmiş işlərin əlaqələndirilməsinə dair bir sıra məsələləri müzakirə ediblər.