Parlamentin “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan jurnalistlərlə keçirdiyi brifinqdə Artsaxdakı vəziyyətə və onun aradan qaldırılması üçün atılan addımlara toxunub.
“Artsax ətrafında vəziyyətə gəlincə, deyim ki, proseslər davam edir. Biz bütün tərəfdaşlarımızla müntəzəm əlaqə saxlayırıq, ilk növbədə Rusiyadakı tərəfdaşlarımızla danışıqlar aparırıq. Biz azərbaycanlıların öz başlanğıc mövqelərinə qaytarılması üçün fəal addımların atılmasını israrla davam etdiririk.
Digər tərəfdən, biz mütəmadi olaraq Artsaxdakı vəziyyəti bir sıra beynəlxalq humanitar təşkilatlara təqdim edirik" – deyə Hovhannisyan bildirib.
Deputat qeyd edib ki, həm Rusiya sülhməramlılarının, həm də Azərbaycanın hərəkətləri ilə bağlı müvafiq araşdırma aparılacağı gözlənilir.
Hovanisyan vurğulayıb ki, Azərbaycan tərəfinin bəyanatları vəziyyəti daha da qızışdırır və vəziyyətin həllinə kömək etmir.
“Qeyd edirik ki, 9 noyabr tarixli və bütün sonrakı razılıqlar pozulub. Bizim tələbimiz odur ki, tərəfdaşlarımızı sülhməramlı qüvvələr öz missiyasını tam şəkildə yerinə yetirə və Artsax xalqının təhlükəsizliyini təmin edə bilsinlər. Biz gözləyirik ki, azərbaycanlılar Rusiya sülhməramlılarının vasitəçiliyi ilə öz başlanğıc mövqelərinə qayıdacaqlar" – deyə Hovhannisyan bildirib.