İranın nüvə sazişi üzrə danışıqların koordinatoru, Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin siyasi direktoru Enrike Mora Tehranda İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani ilə görüşüb.
Bu barədə İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər Vyanada nüvə sazişi üzrə aparılan danışıqları, o cümlədən həll olmamış məsələləri müzakirə edib. Eyni zamanda, E.Mora bu mövzuda danışıqların digər iştirakçıları ilə son məsləhətləşmələri barədə məlumat verib.