Ermənistan Respublikası Parlamentinin Ermənistan-Çexiya Dostluq Qrupunun sədri kimi mən Çexiya Parlamentinin Çexiya-Ermənistan Dostluq Qrupunun sədri Marek Bendaya və dostluq qrupunun üzvlərinə məktub göndərmişəm. Bu barədə Ermənistan Respublikası Parlamentinin “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib.
“Məktubda Azərbaycanın Dağlıq Qarabağda təşkil etdiyi humanitar böhran və təxribat xarakterli hərbi əməliyyatların təfərrüatlarını təqdim etmişəm.
Həmçinin vurğulamışam ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq üçün fəal, məqsədyönlü addımlar atmalıdır.
Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması ilə bağlı öz gündəliyinə sadiq qalmaqda davam edir”- deyə deputat öz “Facebook” səhifəsində yazıb.