Artsax Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Martın 25-dən 26-na keçən gecə və səhər saat 9:00-a olan məlumata görə, şərq sərhədi də daxil olmaqla, təmas xətti boyunca operativ-taktiki vəziyyət nisbətən sabitdir, atəşkəs rejiminin əhəmiyyətli dərəcədə pozulması faktı qeydə alınmayıb.
Azərbaycan tərəfi martın 24-də ələ keçirdiyi mövqedə qalmaqda davam edir. Onların başlanğıc mövqelərinə qaytarılması ilə bağlı danışıqlar davam etdirilir. Martın 25-də Azərbaycanın təxribatı nəticəsində Müdafiə Ordusunun yaralanan iki hərbi qulluqçusunun vəziyyəti son dərəcə ağır olaraq qalır, bir hərbçinin vəziyyəti orta ağır, on iki nəfərin vəziyyəti isə qənaətbəxşdir”.