Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat yayıb.
“Biz Dağlıq Qarabağda gərginliyin artması ilə bağlı hədsiz narahatlığımızı bildiririk”-deyə bəyanatda vurğulanıb.
Qeyd olunur ki, RF MN 26 mart tarixli məlumat icmalında Rusiya sülhməramlı kontingentinin hərbi məsuliyyət zonasına hərbi daxil olmasına dair qeyd olunan faktlar, atəşkəs rejiminin pozulmaları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ziddir.
“Biz qəti çəkildə tərəfləri təmkinli olmağa və əldə olunmuş yüksək səviyyəli üçtərəfli razılaşmalara qeyd-şərtsiz əməl olunmasını təmin etməyə çağırırıq” – deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Həmçinin qeyd edilir ki, Rusiya sülhməramlı missiyası tərəflərlə əməkdaşlıq edərək regionda vəziyyəti sakitləşdirmək üçün lazımi tədbirlər görür.