RF MN yaydığı bəyanatda qeyd edilib ki, martın 24-25-də Azərbaycanın SQ üçtərəfli bəyanatın müddəalarını pozub.
“Martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Dağlıq Qarabağ ərazisində Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonasına daxil olub və nəzarət-buraxılış məntəqəsi qurub. “Bayraktar” TB2 tipli pilotsuz uçuş aparatından Parux yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağın silahlı birləşmələrinə dörd zərbə endirilib.
Hazırda Rusiya sülhməramlı qoşunlarının komandanlığı vəziyyətin nizamlanması və qoşunların başlanğıc mövqelərinə qaytarılması üçün tədbirlər görür. Azərbaycan tərəfi qoşunlarını geri çəkməyə çağırılıb” – deyə bəyanatda deyilir.