Martın 25-də ER Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Azərbaycan bölmələrinin Rusiya Federasiyası sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı məsuliyyət zonasına daxil olmasından sonra yaranmış vəziyyət müzakirə edilib və baş nazir Paşinyan bunu gərgin kimi qiymətləndirib. Sonuncu bu vəziyyətdə Rusiya sülhməramlılarının hərəkətlərinin araşdırılmasının zəruriliyi barədə sual qaldırıb, Rusiya sülhməramlılarının Azərbaycan silahlı qüvvələrini öz başlanğıc mövqelərinə qaytarmasının vacibliyini vurğulayıb.
İki ölkə liderləri Dağlıq Qarabağdakı böhranlı vəziyyətin həlli istiqamətində səy göstərməyə razılaşıblar.