Ermənistanın baş naziri Nikol Paşinyan apreldə Moskvaya rəsmi səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Paşinyanın səfəri aprelin ikinci ongünlüyünə planlaşdırılıb. Aprelin 8-də ER xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya səfər edəcək.
"Müxtəlif səviyyələrdə digər əlaqələr inkişaf etdirilir" – deyə Zaxarova bildirib.