Mülki əhalinin həyatına mənfi təsir göstərən istənilən vəziyyət Beynəlxalq Qırmızı Xaç Komitəsini çox narahat edir. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağdakı missiyasının rəhbəri Nikolya Flyor Artsakhpress-in Azərbaycanın Artsaxda yaratdığı humanitar fəlakətlə bağlı sualına cavabında deyib.
“Biz görürük ki, insanlar evlərini qızdırmaq və yemək hazırlamaq üçün alternativ yollar tapmağa çalışırlar. Biz təbii qaz təchizatının pozulmasının ictimai həyatın müxtəlif sahələri, xüsusən də təhsil və səhiyyə sistemlərə necə təsir etməsinin şahidi oluruq. Xüsusilə soyuq havalarda mülki əhali üçün qaz təchizatı həyati əhəmiyyət kəsb edir. BQXK bu çətin anlarda mülki əhaliyə rəğbət bəsləyir. Biz də narahatıq və kömək etməyə çalışırıq. Məqsədimiz xüsusilə təhsil və səhiyyə ocaqlarına dəstək olmaqdır. Bu günlərdə ehtiyaclar barədə dəqiq təsəvvür əldə etmək üçün müvafiq strukturlarla əlaqə saxladıq, artıq 200-ə yaxın elektrik qızdırıcısının alınması prosesinə başlamışıq. Biz, həmçinin, yemək bişirmək üçün qaz balonlarının alınması üçün Fiziki Reabilitasiya Mərkəzinə maliyyə dəstəyi göstərmişik”- deyə BQXK-nın Dağlıq Qarabağdakı missiyasının rəhbəri qeyd edib.