BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Baş katib Dağlıq Qarabağda yeni döyüşlər barədə məlumatlardan narahatdır. O, tərəfləri vəziyyəti gərginləşdirə biləcək hər hansı hərəkət və ya bəyanatlardan çəkinməyə, bütün məsələləri, o cümlədən humanitar xarakterli məsələləri birbaşa dialoq yolu ilə mövcud standartlar çərçivəsində həll etməyə çağırır”- deyə o qeyd edib.