Martın 24-də ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Karen Donfrid ilə telefon danışığı aparıb.
Tərəflər regional təhlükəsizlik məsələlərinə toxunublar. ER XİN rəhbəri Azərbaycanın Dağlıq Qarabağ təmas xəttini pozması və Artsaxın Parux kəndinə girməsi nəticəsində yaranmış vəziyyəti təqdim edib. Nazir vurğulayıb ki, Azərbaycan üçtərəfli bəyanatlarda nəzərdə tutulan öhdəlikləri kobud şəkildə pozur.
Nazir Mirzoyan vurğulamışdır ki, bu hərəkətlər Azərbaycanın etnik təmizləmə və anti-erməni siyasətinin bariz təzahürüdür. Bununla bağlı nazir beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-dan məqsədyönlü və aydın reaksiya verilməsinin vacibliyini vurğulayıb.
Hər iki tərəf də vəziyyətin gərginliyini azaltmaq üçün addımların atılmasını vacib sayıb.
Telefon danışığı zamanı ER XİN rəhbəri Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlara başlanması ilə bağlı erməni tərəfinin mövqeyini təqdim edib.
Həmsöhbətlər Ermənistan və Türkiyə arasında dialoq prosesinə də toxunublar.