Martın 24-də ER Xarici İşlər Nazirliyi Artsaxdakı vəziyyətlə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, martın 24-də saat 16:00 radələrində Azərbaycan SQ-i Rusiya sülhməramlılarının nəzarətində olan zonada Dağlıq Qarabağın təmas xəttini pozaraq Artsaxın Parux kəndinə girdilər və Azərbaycanın bu təcavüzkar hərəkətləri bir daha sübut edir ki, rəsmi Bakı 2020-ci il 9 noyabr üçtərəfli bəyanatını kobud şəkildə pozmaqda davam edir.
XİN-dən bildirilib ki, buna paralel olaraq Azərbaycan Artsaxı təmin edən yeganə qaz kəmərinin işi üçün maneələr yaradır, mülki infrastrukturu iri çaplı silahlarla hədəfə alır, Artsax ermənilərinə qarşı təhdidlər və etnik təmizləməyə yönəlmiş digər addımlar atılır.
“Biz gözləyirik ki, Rusiya sülhməramlı qüvvələri, öz məsuliyyət zonasında baş verən təxribatları nəzərə alaraq, Azərbaycan qoşunlarının dərhal öz start mövqelərinə qayıtmasını və 9 noyabr üçtərəfli bəyanatında qəbul edilmiş öhdəliklərə əməl etməsini təmin etmək üçün tədbirlər görəcəklər.
Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın sülh prosesinin pozulmasına yönəlmiş təxribat xarakterli hərəkətlərinə aydın qiymət verməyə, Cənubi Qafqazda sülhün bərqərar olması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllii üçün göstərilən səyləri dəstəkləməyə çağırırıq”,-bəyanatda deyilir.