Artsax Respubliaksının Xarici İşlər Nazirliyi Azərbaycanın ilahlı qüvvələrinin növbəti işğalçı əməliyyatı ilə bağlı bəyanat yaydl.
Bəyanatda qeyd olunur, martın 24-də Azərbaycan silahlı qüvvələri atəşkəs rejimini və bütün razılaşmalar pozaraq, Arstax Respublikasının Askeran rayonunun Parux kəndi işğal etdilər. Düşmən həmin rayonun Xramort qəsəbəsi istiqamətində də təxribatlara başlayıb.
“Martın 25-nə keçən gecə Azərbaycan bölmələri həm müxtəlif çaplı atıcı silahlardan, həm də zərbə PUA-larından istifadə etməklə Müdafiə Ordusunun bölmələrini atəşə tutub.
Qeyd olunan hərəkətlər Azərbaycan hakimiyyətinin başlatdığı son terror kampaniyasının məntiqinin davamıdır, bu da dinc əhaliyə psixoloji təzyiq, atəşkəs rejiminin pozulması, qaz kəmərinin pozulması ilə özünü göstərir. Bunun nəticəsində respublikada çətin humanitar vəziyyət yaranıb.
Azərbaycanın həyata keçirdiyi bütün bu hərəkətlər ermənilərin Artsaxdan tamamilə çıxarılmasına yönəlmiş və dövlət tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətindən başqa bir şey deyil.
Azərbaycanın ermənilərə qarşı siyasəti beynəlxalq ictimaiyyət və ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməlidir. Laqeydlik və hərəkətsizlik bütün sivil bəşəriyyət üçün daha dəhşətli nəticələrə səbəb olacaqdır.
Artsax xalqı öz torpağında möhkəm dayanmaqda davam edir, onlar heç vaxt vətənindən əl çəkməyəcək, düşmənin rəzilliyindən və hiyləgərlikdən geri çəkilməyəcəklər”,- bəyanatda qeyd olunub.