2022-ci il martın 24-də saat 16.00 radələrində Azərbaycan silahlı qüvvələrinin bir qrup hərbi qulluqçusu DQR-nin İnzibati ərazi bölgüsü haqqında qanununa əsasən, Artsaxın ərazi bütövlüyünə daxil olan Askeran rayonuna - Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasındakı Parux icmasına qanunsuz daxil olub, silahdan istifadə etməklə və istifadə edəcəyi ilə hədələməklə onu işğal edib, yaxınlıqdakı təpəni ələ keçirib, bununla da Artsaxın ərazi bütövlüyünü pozub. Bu barədə Artsax Prokurorluğunun “Facebook” səhifəsində deyilir.
“Qeyd olunan hadisə ilə bağlı Artsax Baş Prokurorluğunda Artsax Cinayət Məcəlləsinin 313-cü maddəsi (ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətlər) ilə cinayət işi başlanıb və ibtidai istintaq üçün Artsax İstintaq Komitəsinə göndərilib”- deyə məlumatda bildirilir.