Ukrayna hakimiyyəti ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə tərəfindən ölkə üçün təhlükəsizlik təminatlarının təmin edilməsini müzakirə edir. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O, bu istiqamətdə müzakirələrin davam etdiyini, həmin ölkələrin ilkin reaksiyasının müsbət olduğunu vurğulayıb.
“ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə bu fikrə müsbət cavab verib. Mən onların ilkin cavabından məmnunam”,- deyə XİN başçısı qeyd etdi.