Martın 23-də Afinanın Kapodistrias adına Milli Universitetdə türk alim və tarixçi Taner Akçamın “1878-1924-cü illərdə Osmanlı İmperiyasında törədilən soyqırımın anatomiyası” adlı mühazirəsini keçirilib. Mühazirə Ermənistan Respublikasının Yunanıstandakı səfirliyi və Afina Kapodistrias Milli Dövlət Universitetinin Siyasi Elmlər və Dövlət İdarəçilik Fakültəsi tərəfindən təşkil olunub.
Tədbirdə Afina Milli Universitetinin tələbə-müəllimləri, Yunanıstan parlamenti və erməni icmasının nümayəndələri iştirak ediblər.
Ermənistan Respublikasının Yunanıstandakı səfiri Tiqran Mkrtçyan tədbir iştirakçılarını videomüraciətlə salamlayıb, mühazirənin keçirilməsində göstərdiyi dəstəyə görə Afina Universitetinə təşəkkürünü bildirib.
Tarixçi Taner Akçam məruzəsində Osmanlı İmperiyasında xristian əhaliyə qarşı soyqırımına toxunaraq, onun törədilməsinə səbəb olan amilləri qeyd edib.
Taner Akçam çıxışını yekunlaşdıraraq bildirib ki, Hrant Dinkin öldürülməsindən sonra türk cəmiyyəti öz tarixi keçmişi ilə üzləşməyə başlayıb, lakin Türkiyənin dövlət səviyyəsində soyqırımı tanıması üçün hələ çox iş görməlidir. Söhbət həm də hüquqi nəticələrdən gedir ki, bu da həmin ölkədə aydın başa düşülmür.