Martın 23-də Ermənistan-ABŞ Strateji Dialoqunun ikinci onlayn sessiyası keçirilib. Sessiya zamanı müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
İclasda Ermənistan tərəfdən ER Xarici İşlər, Müdafiə, Ərazi İdarəetmə, İnfrastruktur, Fövqəladə Hallar, Yüksək Texnologiyalar Sənayesi Nazirliklərinin, Təhlükəsizlik Şurası Ofisinin, Dövlət Gəlirləri Komitəsinin nümayəndələri və ABŞ tərəfindən Dövlət Departamentinin və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.
İclasın sonunda Ermənistan və ABŞ tərəflərinin rəsmiləri müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı sadiq olduqlarını bir daha təsdiqləyib, bu sahədə prioritetləri və qarşıda duran fəaliyyətləri qeyd ediblər.