ER prezidenti Vahaqn Xaçaturyan Böyük Britaniyanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Con Qallagerlə görüşüb.
Səfir Con Qallager prezident Xaçaturyanı prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Görüşdə Ermənistan-Britaniya ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.