ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Berlinə işgüzar səfəri çərçivəsində “Konrad Adenauer” Fondunun Avropa üzrə Beynəlxalq Əməkdaşlıq Departamentinin direktor müavini Frank Prays və Tbilisi/Yerevandakı ofisinin sədri Stefan Malerius ilə görüşdüyünü bildirib.
“Biz yeni birgə proqramların həyata keçirilməsi çərçivəsində əməkdaşlığı genişləndirməyə qarşılıqlı hazır olduğumuzu bildirdik. Görüş zamanı mən həmsöhbətlərimə Ermənistanın regionda təhlükəsizlik problemlərinin həlli ilə bağlı baxışını da təqdim etdim", - Təhlükəsizlik Şurasının katibi öz Facebook səhifəsində yazıb.